Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2014

Moskvada azərbaycanlıların davası ölümlə nəticələndi

Moskvaətrafında iki azərbaycanlı arasında münaqişə birinin ölümü ilə nəticələnib

Moskvaətrafındakı İstrinski bazarında iki azərbaycanlı arasında münaqişə birinin ölümü ilə nəticələnib.

“İnterfaks”ın verdiyi xəbərə görə, Rusiya DİN Molskva vilayəti üzrə Baş İdarəsinin açıqlamasına əsasən, azərbaycanlılar arasında münaqişəyə səbəb meyvə-tərəvəzin satış “nöqtəsi” olub.

“Münaqişə zamanı şəxslərdən biri digərinin bud nahiyəsindən bıçaqla xəsarət yetirib. Buna cavab olaraq, xəsarət almış şəxs birincinin döş nahiyəsinə bıçaq zərbəsi endirib”, deyə qurumun açıqlamasında bildirilir.

Sinəsindən ağır xəsarət almış azərbaycanlı hadisə yerində ölüb. “Münaqişənin ikinci iştirakçısı xəstəxanaya çatdırılıb, onun mühafizəsi polis tərəfindən həyata keçirilir”, deyə açıqlamada bildirilir.

Hazırda faktla əlaqədar cinayət işinin başlanması məsələsi nəzərdən keçirilir .
1717 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP