Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2014

Bakıda nurçulara qarşı əməliyyat keçirildi

30 nəfərdən çox insan tutularaq polis maşınları ilə naməlum istiqamətlərə aparılıb

Bu gün saat 22.00 radələrində Bakının Yasamal rayonunda "İnşaatçılar" metrosu olan ərazidə, Şərifzadə-Talıblı, Xıdır Mustafayev küçələrinin kəsişməsində, Capsella mağazasının yaxınlığında 2 mərtəbəli yaşayış evində Yasamal rayon polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində 30 nəfərdən çox insan tutularaq polis maşınları ilə naməlum istiqamətlərə aparılıb.

Ans-in hadisə yerində olan əməkdaşının o ərazidə yaşayan sakinlərdən öyrəndiyi məlumata görə, çox böyük ehtimalla tutulanlar nurçular olub. Onların yaşadıqları mənzillərdən xeyli sayda dini kitablar da müsadirə edilib.

Gecə vaxtı olduğundan hadisənin təfərrüatları barədə Dini Qurumlarla iş üzrə Dövlət komitəsindən məlumat öyrənə bilmədik.

Yasamal rayon polis idarəsinin növbətçisi isə baş verən hadisəni təsdiq etmədi.
1391 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı