Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2014

İslamçılarla bağlı sanki ayrı-seçkiliyə yol verilir

İlqar İbrahimoğlu islamçıların siyasi məhbus siyahısına salınmamasını şərh etdi

Hər dəfə Azərbaycandakı siyasi məhbusların siyahısı hazırlanarkən ölkənin bəzi hüquq müdafiəçilərinin islamçılarla bağlı sanki ayrı-seçkiliyə yol verdiyi müşahidə edilir. Belə ki, göndərilən siyahıda əksər vaxtlarda demokratik düşərgənin məhbuslarına yer verilməsinə baxmayaraq, haqsız və günahsız yerə həbsə atılan, sırf siyasi fəaliyyətinə, çıxışlarına görə məhbus həyatı yaşayan islamçıların adları siyasi məhbus siyahısına salınmır. Səbəbləri isə sözügedən hüquq müdafiəçiləri tərəfindən müxtəlif formada izah edilir. Lakin gətirilən əsasların heç biri tutarlı deyil.

Ölkədə islamçıların hüquqlarının müdafiəsi ilə bağlı ayrı-seçkiliyə yol verilməsinin səbəbləri ilə bağlı FaktXeber.com-a açıqlama verən DEVAMM sədri İlqar İbrahimoğlu bu cür ayrı-seçkiliyi pislədiklərini söylədi.

DEVAMM olaraq, məhbəsdə olan dindarların azadlığa çıxması üçün hüquq-müdafiə müstəvisində əllərindən gələn bütün işləri gördüklərini söyləyən İ. İbrahimoğlu, “eləcə də, bu diskriminasion yanaşmanın aradan getməsi üçün səylər edirik. Amma vəziyyət kifayət qədər qəlizdir. Belə ki, dünyada ayaq açan islamofobiya ölkə daxilinə də sirayət edib və burada öz mənfi izlərini qoyub. Bunun da nəticəsində müəyyən islamofobik sürəcə permanent olaraq rəvac verilir ki, nəticə etibarilə insanların ən müxtəlif kateqoriyalarının düşüncə tərzində və yanaşmalarında müvafiq iz qoyub”, - deyə bildirdi: “Düşünmürəm ki, bəzi hüquq müdafiəçilərinin həbsdə olan dindarlarla bağlı çətin anlaşılan mövqeyinin motivi, sırf beynəlxalq strukturların bununla bağlı gözləntilərinin olması ilə əlaqədardır. Çünki, zaman-zaman nüfuzlu beynəlxalq siyahılarda haqları pozulmuş dindarların adları yer almışdır və bu, bir reallıq və obyektiv gerçəklik olaraq qəbul edilir. Zənnimcə, belə mövqeyin əsas səbəbi - ümumi islamofobik psixozun təhtəlşüura yeriməsi və bunun nəticəsində düşuncə və təfəkkürə, təhlilə əsaslanmayan bir aprior davranış modelinin formalaşmasıdır”.

Problemdən çıxış yolu ilə bağlı da açıqlama verən DEVAMM sədri bunları söylədi: “Bundan çıxış yolu - maarifləndirmə, ictimai müzakirələr və aydınlaşdırıcı formatda tədbirlərin təşkilidir. Problemi fiksə etmək, onun lokallaşdırılması yönündə qabaqlayıcı və profilaktik səciyyəli addımlar atmaq, o cümlədən, prosesin yedəyində olmamaq üçün preventiv maarifləndirici addımlar atmaq zərurəti mövcuddur”.
1492 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı