Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2013

"İran ABŞ prezidentini görüş üçün dilənməyə vadar etdi"

İran "üçüncü dünya ölkələri" üçün məyusluq sindromunu sındırıb və özünəinam təfəkkürü formalaşdırıb

İslamazeri.az “Əl-Mənar”-a istinadən xəbər verir ki, Livan “Hizbullah”ının baş katib müavini şeyx Nəim Qasim bir müddət öncə Suriyada terrorçular tərəfindən qaçırılmış, dünən isə azad edilmiş Livan vətəndaşları barədə danışıb.

O, bu işin öhdəsindən səbr, zəhmət və tədbirli addımlarla gəldiklərini bildirərək, azad olunan vətəndaşların ailələrini təbrik edib.

Hizbullah funksioneri həmçinin müqavimət hərəkatının İran, Suriya və Livandan digər ölkələrə də yayıldığını və inkişaf etdiyini bildirərək deyib:
“Müqavimətin əldə etdiyi nailiyyətlərin 3 səbəbi var.
Bunlar qanuni hüquqlarından istifadə etmək, xalqın dəstəyi və müqavimət yolunu davam etməkdir.
İlk növbədə öz haqqını qorumaq, qanuni hüququndan istifadə etməkdir.
Qanuni hüquqlardan istifadə etmək məsələsində ən böyük nəaliyyət İranındır. İran öz nüvə enerjisi məsələsilə qanuni hüquqlardan necə iradə ilə istifadə etmək mövzusuna rəhbərlik edir.
İranın öz hüquqları barədə israrlı mövqeyi və diplomatik bacarığı hətta ABŞ prezidentini Həsən Ruhani ilə görüş üçün dilənməyə vadar etdi.

Bunun nəticəsidir ki, ABŞ, B.Britaniya, İsrail və digər imperialist təcavüzkarların bütün səylərinə baxmayaraq, İran "üçüncü dünya ölkələri" üçün məyusluq sindromunu sındırıb və özünəinam təfəkkürü formalaşdırıb.
İndi İslam Respublikası anti-imperialist ziyalıların sevilən ölkələrindən birinə çevrilib.

İran İslam Respublikası daima siyasi və iqtisadi arenada inkişaf, izzətli ordu baxımından əzilən, zülmə məruz qalan xalqlar üçün etalon təşkil edən ölkədir.”
1837 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
<