Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2014

“Gülər Əhmədova məni yalandan məhkəməyə dəvət edir”

Sabiq deputatın məhkəməsi başlayan kimi Elşad Abdullayev də susqunluğunu pozdu: “Mən şəxsən məhkəməyə gəlsəm belə...”
Sabiq deputat Gülər Əhmədovanın Apelyasiya Məhkəməsi başlayan kimi ABU-nun sabiq rektoru Elşad Abdullayev də hücuma keçib. Sabiq rektor Apelyasiya Məhkəməsinin hakimi Qasımov Əflatun İbrahim oğluna yolladığı müraciətin bir nüsxəsini “Yeni Müsavat”a da yollayıb.

E.Abdullayev yazlb ki, G.Əhmədova barəsində olan çoxsaylı şikayətlərindən sonra ölkə rəhbərliyinin göstərişinə əsasən fakta görə cinayət işi başlanmışdır: “Ancaq, nədənsə bu cinayət işi indiyə kimi prezidentin göstərişi ilə yaradılmış 04 oktyabr 2012-ci il tarixli Müstəqil İstintaq Komissiyasının icraatında olan işlə birləşdirilməyib və istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılıb. Həmin prokurorluğun bu işə laqeyd və qanunsuz münasibətinin nəticəsidir ki, hadisənin əsas iştirakçılarından biri və əsas şahidi olan Babayeva Sevinc Telman qızı müəmmalı şəraitdə Türkiyədə sifarişlə dünyasını dəyişib. Gülər Əhmədova isə özünün də etiraf etdiyi kimi Gürcüstana qaçmaq istəyərkən sərhəddə saxlanıldıqdan sonra ona Azərbaycan Respublikası CM-nin 178.3-cü maddəsi ilə ağırlaşdırıcı hallarda dələduzluq etməyə görə ittiham elan edilmiş və barəsində polisin nəzarətinə verilməsi növündə qətimkan tədbiri seçilmişdir.

Bildiyiniz kimi, bu ağır cinayət olmaqla sanksiyası 7 ildən 12 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur”.

E.Abdullayev G.Əhmədovanın KİV və Apelyasiya Məhkəməsində səsləndirilən vəsatətləri qondarma adlandırıb və onlara münasibət bildirib: “Gülər Əhmədova bu günə qədər bilə-bilə yalandan məni məhkəməyə dəvət edir. Həqiqətən də, bu, Gülər Əhmədovanın məhkəmə şousu, məhkəmə görüntüsüdür, məhkəmələr siyasi sifarişlə işləyirlər. Sosial şəbəkələrdə bizim tərəfimizdən ictimailəşmiş video görüntülər əlahəzrət faktdır. Sosial şəbəkələrdə bu gizli video görüntülərə 6 milyondan çox şəxs baxmışdır, 70 mindən çox obyektiv şərh yazılıbdır. Kimsə bunu inkar edə bilməz. Avropa Şurası hər il qərar qəbul edir ki, Azərbaycanda müstəqil məhkəmələr yoxdur. Hesab edirəm ki, bu məhkəmə prosesi hərtərəfli aparılmayıb, qeyri obyektivdir, qərəzlidir və ”Gülərqeyt" cinayət işində ən çox ifşa oluna bilinən və ört-basdır edilməsində maraqlı vəzifəli şəxslərin siyasi sifarişidir. Bu günə qədər qanunsuz olaraq məhkəmə bir tərəfli aparılır, hazıra qədər məhkəmə məni zərərçəkmiş kimi tanımır, mənim nə vəkilim, nədəki qanuni nümayəndəm Gülər Əhmədovanın məhkəməsinə buraxılmır ki, mənim qanuni maraqlarımı tələb edib qorusunlar. Hələ bu bir yana qalsın, Gülər Əhmədova bu günə qədər bilə-bilə yalandan məni məhkəməyə dəvət edir. Amma mən şəxsən məhkəməyə gəlsəm belə, yenə mənə utanmadan-qızarmadan deyəcəklər ki, siz zərərçəkən deyilsiniz, qanunla da sizi məhkəməyə buraxa bilmərik. Necə ki, qanunun bu prinsipini bəhanə edərək mənim vəkilimi və qanuni nümayəndəmi Gülər Əhmədovanın məhkəməsinə bu günə qədər buraxmayıblar. Ona görə də Gülər Əhmədovanın məni Bakıya dəvət etməsini səmimi qəbul etmək olmaz".

E.Abdullayev yazıb ki, qüvvədə olan qanunvericiliyə görə, onun statusunda olan zərərçəkmiş əgər istintaqa və məhkəməyə gələ bilmirsə, yaşadığı yerdə ondan ifadə alına bilər: “İkincisi, skype vasitəsilə məndən ifadə alına bilinər. Üçüncüsü, mənim bir zərərçəkmiş şəxs kimi hazıra qədər bütün məhkəmə, prokurorluq, MTN-ə göndərdiyim ərizə-ifadələrim də sübut növü hesab edilir. 04 oktyabr 2012 il tarixində prezidentin sərəncamına əsasən prokurorluqda Elmar Camalovun rəhbərliyi ilə MİK-i yaranana qədər Ağır Cinayətlər İdarəsinin müstəntiqi Vüqar Nəsibov məni dindirmə protokolunda zərərçəkmiş şəxs kimi tanıyıb. Belə bir ictimai fikir formalaşmışdı ki, əgər MİK yaradılıbsa, deməli, cinayət işini ört-basdır edəcəklər. İlk vaxtlar mən buna inanmaq istəmirdim, ancaq bu gün deməyə əsas var ki, MİK Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatla əlbir fəaliyyət göstərir. Onun qarşısında aciz durumdadır. Qaldı ki, mənə qarşı qondarma məhkəmə vəsatətlərinə, onların hamısına cavabları şikayət formasında sosial şəbəkələrdə, onlayn əlaqə xətti, telefon faksları və beynəlxalq poçtla aidiyyəti vəzifəli şəxslərə göndərmişəm. Gülər Əhmədovanın qondarma məhkəmə vəsatətləri-şərləməsi isə suda batanın saman çöpündən yapışması deməkdir. O şərləyir ki, etmiş olduğu ağır dövləti cinayəti gizlətsin”.

Sabiq rektor sonda xahiş edib ki, iş üzrə zərərçəkmiş şəxs kimi tanınsın, bu cinayət işi üzrə ədalət mühakiməsi obyektiv və müstəqil hakimlərə tapşırılsın, Gülər Əhmədova barəsində obyektiv və qərəzsiz məhkəmə məsuliyyəti tədbiri seçilməsinə köməklik edilsin: “Xahiş edirəm, Əhmədova Gülər Mikayıl qızının barəsində olan cinayət işi üzrə mən Abdullayev Elşad İslam oğlunun zərərçəkmiş şəxs kimi tanınması barədə qərar qəbul edəsiniz və Mahir Abdullayevin oğurluq cinayətində iştirakçılığına görə, onun mənə qarşı etmiş olduğu cinayətləri hərtərəfli, obyektiv hüquqi qiymət verərək layiq olduğu məhkəmə məsuliyyətinə cəlb edəsiniz”./musavat/
1416 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı