Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2014

Rusiya Ayı da işğal edir - Qərb çaşqınlıq içində

Rusiya Federasiyası Baş nazirinin müavini Ayda daimi bir dayaq quracaqlarını açıqlayıb.

Qərb mətbuatı Krımdakı vəziyyətə istinad edərək "Rusiya Ayı da işğal edir", - deyə yazır.

Rusiya Baş nazirinin müavini Dmitri Roqozin ölkəsinin Ayda daimi bir qərargah planlaşdırdığını açıqlayan məqalə yazıb. "Rossiyskaya" qəzeti üçün yazdığı və gələn həftə yayımlanacaq məqalədə Roqozin dünya orbitindəki rus varlığının artırılaraq bu bölgənin daha təsirli vəziyyətə gətirilməsi üçün addımlar atıldığını qeyd edib.

Məqalənin bir qisimini yayımlayan rus mətbuatının məlumatına görə, artıq 2040-cı ildə Rusiyanın Aydakı qərargahının istifadəyə veriləcəyi qeyd olunur. Ayrıca Ayın yeni kosmos texnologiyalarının sınanması baxımından ən uyğun yer olduğu vurğulanır./axar/
1331 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:03