Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2014

Şirvanda ər arvadını qətlə yetirib, sonra isə intihar etmək istəyib

Şirvan şəhərində qətl hadisəsi törədilib.

Şirvan Şəhər Polis Şöbəsindən verilən məlumata görə, hadisə aprelin 13-ü səhər saatlarında Şirvan şəhəri Neftçilər küçəsi ev 27-də baş verib.

Həmin evdə yaşayan 1967-ci il təvəllüdlü Cavidi Mübariz Sadiq oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1972-ci il təvəllüdlü Cavidi Xoşbəxt Firudin qızını bıçaqla qətlə yetirib. Mübariz Cavidi qətli törətdikdən sonra özünə qəsd etmək məqsədi ilə çoxlu miqdarda dərman həbi qəbul edib.

O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti orta ağır qiymətləndirilir. Qətlin səbəbləri istintaq orqanları tərəfindən araşdırılır./apa/
1294 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı