Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2014

Ramiz Mehdiyevin adı nurçu qalmaqalında

Administrasiyanın rəhbəri özünü necə sığortalamağa çalışır?

“Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və oğlu Teymurla təəssüf ki, heç bir şəkildə əlaqələr qurmağı bacarmırıq”. Bu sətirlər Mustafa T. imzalı nurçunun xidmət hərəkatının lideri Fətullah Gülənə göndərdiyi məktubdandır. Məktub “Axar.az” saytının elektron poçtuna daxil olub.

Məktubda nurçuların Azərbaycanda şəbəkələşməsi, 2015-ci il seçkilərindən sonra Ceyhun Osmanlının Milli Məclisin spikeri və ya vitse-spikeri vəzifəsinə gətirilməsi istiqamətindəki çalışmalar, o cümlədən, Elnur Aslanovun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yerinə təyin edilməsi məsələlərindən bəhs olunur. Güləndən xahiş edilir ki, Elnur Aslanovun 2018-ci il prezident seçkilərindən sonra Prezident Administrasiyasının rəhbəri vəzifəsinə gətirilməsi üçün ABŞ-dakı lobbi fəaliyyətindən istifadə etsin.

Məktubun məzmunundan aydın sezilir ki, bu Azərbaycanda müəyyən dairələr tərəfindən hazırlanıb. Ekspertlərin fikrincə, bu məktub Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi hakimiyyətdəki “nurçu savaşı”ndan sığortalamaq məqsədilə dövriyyəyə buraxıla bilər: “Bu günə qədər Fətullaha Gülənə çoxsaylı məktublar ictimailəşib. Lakin sonradan bu məktubların bəlli qruplar tərəfindən hazırlandığı üzə çıxıb. Aydın olub ki, hakimiyyətdəki qruplaşmalara bir-birlərinə qarşı ”nurçu kartı"ndan istifadə etməyə başlayıb və yayılan məktublar, “məxfi” sənədlər də sadəcə uydurulmuş kompramatlardır. Məktublarda əsasən bir qrupun adının hallanması da belə deməyə əsas verir. Konkret olaraq bu məktuba gəlincə, ehtimal etmək olar ki, Ramiz Mehdiyev “nurçu kartı” ilə “vurulmasının” qarşısını almaq üçün belə bir məktubun yayılmasına ehtiyac duyub"./azadlıq/
1152 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber