Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2014

Rusiya Donetskdə keçmiş “Berkut”çulardan istifadə edir

Donetskin Slavyansk rayonunda dövlət orqanlarının binalarını tutanların keçmiş “Berkut”çular olduğu barədə şübhələr var. Binaları zəbt edən hərbi geyimlilər Kalaşnikov avtomatları və hətta qranatomyotlar daşıyıblar. Zəbtetmə əməliyyatı sürətlə və peşəkarlıqla həyata keçirilib.
Məlumatlı mənbələrdən biri “Azadlıq” radiosunun rus xidmətinə deyib ki, binaları zəbt edənlər “Berkut”un keçmiş əməkdaşlarıdır. “Əgər bir çox keçmiş Berkut əməkdaşlarının Rusiya pasportları aldığını və Krıma göndərildiyini nəzərə alsaq, tamamilə inandırıcıdır ki, buradakılar da onlardır. Onlar həmçinin, Berkut-un Ukraynada qalmış başqa əməkdaşları da ola bilər. Onların əllərindəki Kalaşnikovlar və qranatomyotlar Ukrayna milisində və təhlükəsizlik xidmətində olmayıb, yəni həmin silahları onlar özləri ilə gətiriblər”, - deyə mənbə qeyd edib.
1176 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı