Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2013

Günün fotosu: Mşvidoba, Mişa Saakaşvili!

Bu şəkildə hər şey aydındır - adam köçür.

Amma o adi adam deyil, prezidentdir, ölkə prezidenti.

Onu nəinki regionda, postsovet məkanında, hətta bütün Avropada tanımayan yoxdur. Mixail Saakaşvili dünyanın ən xarizmatik, sevimli siyasi liderlərindən biridir.

Bəlkə bu adam hazırda öz ölkəsində o qədər də rəğbət yiyəsi deyil, amma bu müvəqqətidir, bu mərhələ arxada qalacaq.

Bu, onun 10 illik hakimiyyətindən qaynaqlanır. Nə qədər yaxşı işlər görsə də, batono Saakaşvili özü də fərqindədir ki, uzun sürən siyasi dövranıyla həmvətənlərini bezdirib.

Bu iş belədir: hakimiyyət uzun sürdükcə, siyasi liderin hörməti azalır və bu seçkilərin nəticələrində inikas edir - demokratik ölkələrdə.

Amma bir müddət keçəcək, gürcülər bir vaxtlar sevə-sevə Mişa adlandırdıqları Saakaşvili üçün darıxacaqlar. Yeni liderlərin bütün hərəkətlərini, addımlarını, qərarlarını onunkuyla qiyaslayacaqlar və daima xalqın içində olan sadə prezident obrazı qalib gələcək.

Saakaşvili öz müsbət səciyyəli populizmi, daima xalqa, mediaya açıq olması ilə özünü, necə deyərlər, hələ çox aradacaq.

Elə bu şəkil də onun populzminin, bir az da komplekssizliyinin, sadələyinin əksidir. Təmtəraq, dəb-dəbə sevən heç bir avtoritar lider istəməz ki, onun bu cür çamadan ovqatında, tör-töküntü bir durumdaykən olan şəklini çəksinlər, yaysınlar.

Mşvidoba, Mişa Saakaşvili.

P.S. Sovet təhsili görməyən oxucuların diqqətinə: "Mşvidoba" gürcü dilində "xudahafiz", "əlvida" deməkdir. O vaxt belə bir hekayə vardı, gürcü, rus və ukraynalı şagirdlərin vidalaşmasından bəhs edirdi.
1939 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
<