Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2014

“Məhkəməyə gətirilən atam deyil”

Mursinin qızından şok iddia: “Məhkəməyə gətirilən atam deyil”

Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin qızı Şeyman sensasiya sayılacaq açıqlama yayıb. Onun iddiasına görə, atası ilə bağlı məhkəmə prosesinə gətirilən adam başqdır.
Şeyma Mursi “Facebook”da iki foto paylaşaraq, “Diqqətli olanlar fərqi görə bilərlər. Qəfəsdə duran prezident deyil. O kimdir? Prezident haradadır? Ona nə olub?” deyə suallar ünvanlayıb. Fotoların biri M.Mursi vəzifədə olarkən otağında , digəri isə məhkəmə salonunda çəkilib.
Şeymanın iddiası sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub. Çox adam Mursinin sağ olmadığı ilə bağlı narahatlığını bildirib.
Anadolu Ajansı müxbirinin görüşdüyü Mursinin müdafiə heyətinin üzvu, vəkil Məhəmməd ed-Dimati deyib ki, Mursinin noyabr ayından bu yana təhlükəsizlik səbəbilə ailəsi ilə görüşdürülmədiyinə görə bu suallar anlayışla qarşılana bilər. “Ən qısa zamanda Mursinin ailəsi ilə görüşməsi üçün prokurorluqdan icazə almağa çalışacağıq. Bu onların ən təbii haqqıdır.”- deyə o bildirib.
Misirin rəsmi qurumaları isə məsələ ilə bağlı heç bir açıqlama verməyiblər.
1218 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39