Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2014

Hicab məhbuslarından biri də azadlığa buraxıldı

5 oktyabr 2012-ci il tarixində keçirilən “Hicaba azadlıq” aksiyası zamanı həbs olunan inanclılardan biri də azad edilib

İslamazeri.az-ın verdiyi xəbərə görə, dünən axşam saatlarında Suraxanı rayonun 16 saylı Cəza Çəkmə Müəssisəsindən Rauf Qarayev adlı hicab məhbusu şərti azadlığa buraxılıb.

Ona Nərimanov rayon məhkəməsinin hökmü ilə 1 il 9 ay həbs cəzası verilmişdi.

Dünən günorta saatlarında Suraxanı rayon məhkəməsi tərəfindən CÇM-də keçirilən məhkəmədə onun vaxtından əvvəl şərti azadlığa buraxılması haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Rauf Qarayev 5 oktyabrda keçirilən aksiyada həbs edilmiş, "IV Qrup"dakı hicab məhbusları ilə birlikdə mühakimə olunurdu.
1066 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz
14.01.17, 10:00
İŞIQ BORC