Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2014

Bakıda 41 nurçu həbs olundu

Bakıda “nurçu”lara qarşı əməliyyat keçirilib, qadağan olunmuş dini ədəbiyyat müsadirə edilib

Bakıda “Nurçu” təriqətinin üzvləri saxlanılıb.

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, polisə daxil olan əməliyyat məlumatı əsasında ötən gecə paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərdən birində axtarış aparılıb.

Axtarış zamanı evdə toplantı keçirən “nurçu” təriqətinin 41 üzvü saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, “nurçu” təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub.

Saxlanılan şəxslərin böyük əksəriyyətinin izahatı alınıb və sərbəst buraxılıb.

Hazırda isə Yasamal Rayon Polis İdarəsində 9 nəfər saxlanılır.

Polisdən bildirilib ki, həmin şəxslərin də izahatı alındıqdan sonra sərbəst buraxılacaqlar./apa/
1135 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber