Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2014

Hakan Şükürə növbəti şok

Keçmiş milli futbolçu Hakan Şükürün adı daha bir stadiondan götürülüb

Türkiyənin keçmiş milli futbolçusu, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verən müstəqil millət vəkili Hakan Şükürün adı daha bir stadiondan götürülüb.

İstanbulun Esenyurt rayon stadionundan Hakan Şükürün adının olduğu tabel sökülüb.

Məlumata görə, buna Hakan Şükürün AKP-dən istefa verməsi səbəb olduğu bildirilir.

Stadiona yeni ad veriləcəyini bildirən stadion əməkdaşları bunun böyük ehtimalla Turqut Özal olacağını qeyd ediblər.

Xatırladaq ki, ötən həftə də analoji hadisə baş vermiş, Sancaktepedeki stadiondan Hakan Şükürün adı götürülmüşdü.
1187 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı