Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2014

Üç günə şərqdə problem həll olunmasa, Ukrayna hökuməti süqut edəcək

Yaxun üç gündə Ukraynanın şərqində problem həll olunmasa, Kiyev hökumət süqut edəcək. Problemi yalnız silahlı müqavimətlə həll etmək olar. Bunu Putinin keçmiş müşaviri, iqtisadçı Andery İllarionov bildirib.

«Hələ mart ayında dedim ki, Krımın ardınca Ukraynanın cənub və şərqi növbədədir. Deyirdim ki, müqavimət olmalıdır. O zaman bunu nisbətən az itki ilə həll etmək olardı. Ordu inzibati binaların, hərbi obyektlərin mühafizəsini təşkil etməli idi. Təəssüf ki, artıq problemi dinc yolla həll etmək mümkün deyil. İmkan əldə buraxılıb», - deyə İllarionov qeyd edib.

Ekspertin fikrincə, ölkəni xilas etməyin yeganə yolu Rusiyanın hərbi müdaxiləsinə güclə müqavimət göstərməkdədir. «Ukraynanı yalnız hərbi güclə müqavimət xilas edə bilər. Yaxın üç gündə Ukraynanın taleyi həll olunacaq. Ya hakimiyyət baş verənlərdən nəticə çıxarıb Rusiya xüsusi təyinatlılarının qarşısı almaq üçün zəruri addımlar atacaq, ya da ölkənin əraziləri itiriləcək. Çətin ki, belə şəraitdə hökumət fəaliyyətini davam etdirə bilsin. Onda Ukraynanın taleyi tamam başqa olacaq», - deyə İllarionov qeyd edib./azadlıq/
1288 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:33