Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2014

14 apreldə gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Hava gündüz dəyişkən buludlu, əsasən, yağmursuz olacaq.

Temperaturun gecə 6-9° isti, gündüz 15-20° isti, Bakıda gecə 7-9° isti, gündüz 17-19° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 80-90 faiz , gündüz 60-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, havanın gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 4-9° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 11-16° isti olacağı gözlənilir.


Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındagecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Hava gündüz, əsasən, yağmursuz olacaq.
Temperaturun gecə 5-10° isti, gündüz 17-22° isti olacağı gözlənilir.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında şimşək çaxacağı, yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Havanın temperaturunun gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.


Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 6-11° isti, gündüz 19-24° isti olacağı gözlənilir.


Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər dağlarda duman olacaq.
Havanın temperaturunun gecə 5-9° isti, gündüz 16-21° isti,
dağlarda gecə 1-6° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
1474 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber