Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2014

Daşkəsəndə 340 min manatlıq səhiyyə fırıldağı

Daşkəsəndə 340 min manatlıq səhiyyə fırıldağıRayon Mərkəzi Xəstəxanasına ayrılmış pulların hara xərcləndiyi naməlumdur

Daşkəsən rayon Mərkəzi xəstəxanasında 300 min manatlıq maliyyə fırıldağı baş verib. Bu barədə Demokratiya.info-ya rayondan məlumat verilib.

Həmin məlumatda deyilir ki, ötən il büdcədən ayrılmış həmin vəsaitin bir sıra işlərə sərf edilməsi nəzərdə tutulubmuş. Lakin baş həkim icra başçısı Əhəd Abıyevlə birləşərək, bu pulun cüzi bir hissəsini xəstəxanaya sərf etməklə kifayətləniblər. Nəticədə, 300 min manatın aqibətinə öz aralarında aydınlıq gətiriblər.

Məlumatlarda deyilir ki, Mərkəzi Xəstəxana həmin pulun 5000 manatını dezinfeksiyaedici və antiseptik məhlulların satın alınması adı altında silib. Xəstəxana obyektlərində təmir işlərinin satın alınması adı altında silinən vəsaitin miqdarı isə 40025 manat təşkil edib.

Dəftərxana ləvazimatlarının satın alınması üçün nəzərdə tutulan 8325 manatın, təsərrüfat mallarının satın alınması üçün nəzərdə tutulan 10300 manatın, ehtiyat hissələrinin satın alınması üçün 8000 manatın da taleyi elə digərlərindən fərqlənməyib.

Qeyd edək ki, Daşkəsən rayon Mərkəzi xəstəxanasına idarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması üçün ayrılmış 16740 manat, bərk inventarların satın alınması üçün ayrılmış 31660 manat, tibbi avadanlıqların satın alınması üçün 31110 manat, habelə digər maşın və avadanlıqların satın alınması üçün 28400 və yumşaq inventarların satın alınması üçün ayrılmış 16405 manat da it-bata düşüb. Daha doğrusu, bu pulların icra başçısı ilə baş həkim arasında bölüşdürüldüyü deyilir.
Maraqlı məqamlardan biri də odur ki, baş həkim bəzi məsələlərdə ağıllı tərpənərək, yeyintini gizlətmək üçün bəzi xərcləri azaltmaqla vəziyyətdən çıxmaq istəyib. Belə ki, əksər mərkəzi xəstəxanalarda ərzaq məhsullarının satın alınması prosesinə ayrılmış məbləğ şişirdilsə də, Daşkəsəndə bu baş verməyib. Elə burna görə də, həmin təyinat üzrə ayrılmış vəsaitin məbləği 28003 manat təşkil edib. Amma analoji proses dərman preparatları və sarğı ləvazimatlarının satın alınmasında baş verməyib. Çünki bu məsələyə 181111,11 manat ayrılıb ki, onun da xəstəxanada nəyə sərf olunduğu bilinmir. Ona görə ki, Daşkəsən xəstəxanasında nə dərman tapmaq olar, nə də sarğı məmulatları./demokratiya/
1077 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:01