Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2014

Həmid Herisçinin “Solaxay”ı çapdan çıxdı

Yazıçı publisist Həmid Herisçinin sayca 6-cı kitabı işıq üzü görüb. Neçə vaxtdır ki, sosial şəbəkələrdə müəllifin “Solaxay” adlı roman üzərində işlədiyi barədə məlumat yayılmışdı. Bu günlərdə, nəhayət ki, kitab “Zero” nəşriyyatında çapdan çıxıb. Müəllif kitabı tezliklə ictimaiyyətə təqdim edəcəyini bildirdi. Mayın 3 -də, saat 13-də, Kitab evində təqdimat və imza günü baş tutacaq.

Müəllif kitabın son söz əvəzində belə yazıb: “... indiyə qədər yazdığım bütün kitabları sağ əllə yazsam da, bu dəfə bundan imtina etdim, “Solaxay”ı sol əllə yazdım. Bu addımım özümə, keçmişimə qayıdışdır, bir sözlə, sağ keçmişimlə vidalaşıram.

Həmid Herisçinin “Solaxay”ı çapdan çıxdı

Sol əl daha həssasdır, duyğuludur. Sol əllə yazanda insanın bütün hissiyyatı və vücudu ekstaz vəziyyətə gəlir. Təsadüfi deyil ki, bütün hərəkətlər, dünyanın düzəninin dəyişməsi solla başlayır. Mənim dünyadan küsməyim çox orijinal alındı. Həm də öz sağ tərəfimdən küsdüm. Qərara almışam ki, bundan sonra sağ tərəfimi iflic edərək bütün hərəkətləri yalnız solla yönləndirim.

Bununla bağlı romanda xeyli maraqlı bilgilər, çözüləcək şifrələr var. Roman ilk baxışdan, bəlkə də Den Braun romanlarına bənzəyəcək, amma oxuyandan sonra görəcəksiniz ki, bu, tam orijinal bir əsərdir və dünya ədəbiyyatı hələ ki, bu mövzulara keçməyib.”
Qeyd edək ki, kitabın redaktoru müəllifin həyat yoldaşı tanınmış jurnalist İlhamiyyə Rzadır./musavat/
1858 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...