Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2014

Beyləqan xəstəxanasında qiymətlər niyə qalxıb?

Beyləqan xəstəxanasında qiymətlər niyə qalxıb?Baş həkim Əli Məmmədov «benzinin qiyməti artıb, dolana bilmirik» devizi altında xəstələrin cibini soymaqla məşğuldur

Ölkə səhiyyəsinin hansı vəziyyətdə olduğu göz qabağındadır. Əgər bu gün ölkənin paytaxtında fəaliyyət göstərən tibb müəssisələrinin günü ağlamalıdırsa, o zaman əyalətdəkilər üçün yas saxlamağa dəyər. Çünki bölgələrdə durum daha dəhşətli şəkil alıb.

Beyləqan Mərkəzi Xəstəxanasında vəziyyət o qədər kritikdir ki, insanlar hara şikayət edəcəklərini bilmirlər. Belə ki, müalicə üçün üz tutduqları səhiyyə ocağının baş həkimi Əli Məmmədovun öz işçilərindən pul tələb etməsi, çanağın xəstələrin başında çatlamasına gətirib çıxarıb. Bildirilir ki, baş həkim hər bir həkimdən aylıq «haqq» istəyir və bu da onların işlədiyi sahəyə uyğun olaraq dəyişir. Elə buna görədir ki, ötən il pasientlərindən müayinə üçün 10 manat alan həkimlər, bu ildən qiymətləri iki dəfə bahalaşdırıblar. Səbəbini isə belə göstərirlər ki, qiymətlər qalxıb, dolanışıq çətinləşib.

Əslində isə qiymət artımının əsas səbəbkarı elə Əli Məmmədovdur. Büdcədən xəstəxanaya ayrılmış pulları yeməkdən doymayan baş həkim, həkimlərin də cibinə girməklə qaz vurub, qazan doldurmaq istəyinə düşüb. Demokratiya.info-ya verilən bilgilərdə o da vurğulanır ki, rayon camaatının müalicə alması üçün Beyləqan Mərkəzi Xəstəxanasında ümumiyyətlə, heç bir şərait yoxdur. Əgər hər hansı bir xəstə sözügedən məkanda qalıb, müalicə almaq fikrində olarsa, onun yatacağından tutmuş, yeməyinə qədər hamısı evindən gəlməlidir. Çünki baş həkim büdcə vəsaitləri ilə alınmalı olan bu şeylərin hamısının pullarını öz məqsədlərinə sərf edib.

Rayon sakinləri deyirlər ki, Əli Məmmədovun əlindən cana doyublar və bununla bağlı dəfələrlə Səhiyyə Nazirliyinə şikayət ünvanlayıblar. Lakin nazirlik də onun əməllərinə susqunluqla cavab verir. Yalnız bir dəfə Beyləqan Xəstəxanasına nazirlikdən nümayəndə gəlib ki, onun da yola salınması ən yüksək səviyyədə həyata keçirilib./Demokratiya/
1282 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...