Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2014

Bu il Azərbaycanda baş verən yol qəzalarında 232 nəfər ölüb

İlin ilk 3 ayında respublika ərazisində baş verən qəzalarda 14 uşaq ölüb, 29 nəfər xəsarət alıb

Bu il Azərbaycanda baş verən yol qəzalarında 232 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin verdiyi məlumata görə, cari ilin ilk üç ayında respublika ərazisində 523 yol qəzası baş verib. Nəticədə 232 nəfər ölüb, 499 nəfər yaralanıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəza hadisələrinin sayı 123, ölüm sayı 26, yaralı sayı isə 192 fakt azalıb.

Cari ilin ilk 3 ayında paytaxtda 199 yol qəzası baş verib. Nəticədə 61 nəfər ölüb, 193 nəfər yaralanıb.

Bu il respublika ərazisində piyadaların vurulması ilə nəticələnən 221 yol qəzası baş verib. Nəticədə 86 nəfər ölüb, 152 nəfər yaralanıb.

Cari ilin ilk 3 ayında respublika ərazisində baş verən qəzalarda 14 uşaq ölüb, 29 nəfər xəsarət alıb.

Hesabat dövründə sərxoş sürücülər tərəfindən 10 yol qəzası qeydə alınıb. Nəticədə 6 nəfər ölüb, 11 yaralanıb./apa/
1119 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
0