Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2014

Donetskda gərginlik davam edir

Donetskda gərginlik davam edir, toqquşmalarda 20 nəfər ciddi xəsarət alıb
Donetsk vilayətinin Mariupol şəhərində bazar günü vahid Ukrayna tərəfdarları ilə Rusiyapərəst etirazçılar arasında toqquşmalarında 20 nəfər ciddi xəsarət alıb.

Donetsk vilayətinin şimalında Slavyanskda təhlükəsizlik qevvələrinin apardığı anti-terror əməliyyatları zamanı təhlükəsizlik xidmətinin bir əməkdaşı öldürülüb, 9 nəfər yaralanıb. Həmin gün Slavyanskda silahlı əhali avtomobillərə atəş açıb. Qeyri-rəsmi məlumata görə, atışma nəticəsində iki nəfər həlak olub.

Aprelin 13-də şəhərdəki vəziyyətlə tanış olmaq üçün NATO təmsilçisi Slavyanska gedib. Şəhərdəki icra komitəsinin binası hələ də Rusiyapərəst etirazçıların nəzarətindədir. Aprelin 14-də bu şəhərdəki bütün məktəb və bağçalarda məşğələlər dayandırılıb.

Rusiyapərəst etirazçılar Donetskdə daha iki inzibati binanı da nəzarət altında saxlayır.
1305 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 23:55
Kim