Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2014

ANS MTRŞ-nı məhkəməyə verdi

ANS Müstəqil Yayım və Media Şirkəti Milli Televiziya və Radio Şurasını (MTRŞ) məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən şirkət MTRŞ-in ANS-lə bağlı 14 yanvar 2014-cü il tarixli qərarının ləğv edilməsini tələb edir.

Belə ki, qeyd olunan tarixdə MTRŞ-in iclası keçirilib. Həmin iclasda ANS Müstəqil Yayım və Media Şirkəti tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. MTRŞ-in həmin gün yaydığı açıqlamada deyilirdi ki, 10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən “Adam içində” verilişində “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin, ”Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.4-cü bəndinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq elan edilib.

Qeyd edək ki, söhbət 10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən “Adam içində” verilişindəki məşhur “cinçıxarma” əhvalatından gedir.
1306 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı