Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2014

İran BMT-dən imtina etdi

İran nümayəndə heyəti BMT-nin iclasında iştirakdan imtina edib.

İran nümayəndə heyəti BMT-nin bu dəfəki iclasında iştirakdan imtina edib. İslam respublikasının nümayəndələri səbəb kimi ABŞ-ın İran diplomatlarından birinə diplomatik viza vermədiyini göstərirlər. Diplomatlar bununla bağlı BMT-yə müraciət edəndən sonra problemin həll edilmədiyini görüncə digər rəsmilərin də həmin tədbirdə iştirakdan imtina etdiyini açıqlayıblar.

Xatırladaq ki, 3 gün öncə ABŞ Dövlət Departamenti İranlı diplomat Həmid Abutalıba diplomatik viza verilməyəcəyini açıqlamışdı. Qurum qərarını həmin diplomatın 1979-cu il İran İnqilabı zamanı ABŞ-ın bu ölkədəki səfirliyinin işçilərini girov saxlayan bir qrup tələbənin arasında olması ilə əsaslandırır.
1217 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP