Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2014

ABŞ-da növbəti silahlı insident

Amerika Birləşmiş Ştatlarında növbəti silahlı insident baş verib. Kanzas ştatının Overlend-Park şəhərində 70 yaşlı şəxs ətrafa atəş açıb. İnsident nəticəsində biri 15 yaşlı yeniyetmə olmaqla, 3 nəfər ölüb, 2 nəfər də yaralanıb.

Hadisə yəhudi icmasının mərkəzi yaxınlığında baş verib. Atəş açan şəxs saxlanılıb. Məlumata görə, o, Kanzasa başqa ştatdan gəlib, qurbanlarla tanış olmayıb və təkbaşına hərəkət edib. Cinayətin milli zəmində törədildiyi istisna edilmir.

Bəzi mənbələrə görə isə saxlanılan şəxs əvvəllər «Ku-klus-klan» təşkilatının rəhbərlərindən biri olub./ans/
1346 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP