Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2014

Tərtərdə polis zabiti bıçaqlanıb

Tərtər Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin zabiti bıçaqlanıb.

Dünən gecə saatlarında bir minik avtomobili sürücüsünün Tərtər şəhərində avtoxuliqanlıq etdiyi haqda şöbəyə məlumat daxil olub. Sözügedən nəqliyyat vasitəsinin dayandırılması üçün əraziyə çıxan DYP əməkdaşları sürücü Həsənov Rauf Eldəniz oğlunu saxlayıblar. Məlum olub ki, sürücü nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edib. Polis əməkdaşları ilə sürücü və onun qardaşları arasında mübahisə yaranıb. Nəticədə sürücünün qardaşı Mehman Həsənov DYP Tərtər bölməsinin inspektoru, baş leytenant Qurban Allahverdiyevə bıçaqla zərbə vurub. Yaralı zabit qonşu Bərdə rayonunun Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Rauf Həsənov, onun qardaşları Mehman və Qabil RPŞ-nin əməkdaşları tərəfindən tutulublar./apa/
1407 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber