Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2014

Mirşahin Ağayevdən Etibar Hüseynova ağır sözlər

ANS-in vitse-prezidenti, Mirşahin Ağayev telekanalın dünən axşam efirə verdiyi “Hesabat” verilişində deputat-jurnalist Etibar Hüseynovun ünvanına sərt ifadələr işlədib. Mirşahin Ağayev Etibar Hüseynovu ona ünvanlanmış ittihamları ANS-ə yönəltməklə hədəfdən yayınmaqda suçlayaraq ağır ifadələr işlədin. ANS-in vitse-prezidenti bildirib:

“Bir də var “üzr bədtərəz günah”! Başqa sözlə desək Etibar Hüseynovvari üzr diləmək və ya dilənmək, adama deyəsən bir dəfə demişdilər axı.

Üzr demişkən, üzr istəyirəm kadrı səhv vurmuşuq. Əslində bu kadrlar getməliydi:

Maraqlıdır, Etibar Hüseynovun yadından niyə çıxır axı. Yadından çıxırsa bir yerinə qırmızı şilə bağlasın. Özü də onun öz aləmində guya zərbəni özündən yayındıraraq ANS-ə yönlədirməsinin bir başqa adı var. İctimaiyyətdən ayıbdır deyə demirəm. İndi pis-yaxşı, doğru-əyri sən deputat olmusan, ya səni ediblər, bilmirəm, amma oturduğun yeri batırma da. Yekə kişisən, artıq bir az böyüməliydin axı. Bura uşaq bağçası deyil. Lap elə uşaq bağçası sayırsansa da onda böyüklərə qulaq as”./modern/
1260 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...