Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2014

Donetskdə gərginlik artır: maskalılar 2 zabiti öldürüb

Sakinlər küçəyə çıxmağa qorxurlar
Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərində naməlum silahlı şəxslər 4 nəfəri öldürüblər.

Ukrayna Təhlükəsizlik Xidmətinin iki zabiti şəhərin girişində qurulmuş blok-postda qətlə yetirilib. Mülki şəxslərin olduğu avtomobil isə küçənin ortasında gülləbaran edilib.

Slavyansk şəhərində məktəb və baxçalar bağlanıb. Şəhərdə durum gərgin olaraq qalmaqdadır, sakinlər küçəyə çıxmağa ehtiyat edirlər. Separatçılar isə xüsusi təyinatlıların əməliyyatına hazırlaşırlar.

Qeyd edək ki, şənbə günü naməlum silahlı şəxslər Slavyanskda milis şöbəsini ələ keçirmişdilər./ans/
1096 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP