Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2013

“Artıq ölmək üzrəyəm” - Tayson

Dünya boksunun canlı əfsanəsi Mayk Tayson öz avtobioqrafiyasında maraqlı məqamlara yer verib

Qol.Az-ın verdiyi məlumata görə, o, 1997-ci ildə Evander Holifildinin qulağını dişləməsinin səbəbini belə izah edib:

"Həmin vaxt rəqibim mənə kəllə atmışdı. O anda onu öldürmək istədim. Əsəbləşdim, sanki intizamsız bir əsgərdim və onun qulağını dişlədim".

Görüşdən sonra baş verənləri də öz avtobioqrafiyasında yazan Tayson etdiyi hərəkətə görə ona qarşı narazılıqların olduğunu da bildirib: "Qarşımda 50 insan vardı və mən polislərlə dalaşıb onu tutmaq istəyirdim. Etdiyim hərəkətlərdən sonra isə evimin qarşısında mənə qarşı narazılıqlar oldu. Hətta təhlükəsizliyim üçün güllələr belə atmaq məcburiyyətində qaldıq".

Narkotik və spirtli içkidən isifadə etdiyi üçün çətin günlər keçirdini deyən məşhur boksçu artıq normal həyata dönmək istədiyini qeyd edib: "Artıq ölmək üzrəyəm, çünki alkoqolikəm. Mən isə ölmək istəmirəm. Bəzən çox pis işlər gördüm. Ancaq daha bağışlanılmaq istəyirəm. Ümid edirəm ki, məni bağışlayarlar. Həyatımı dəyişmək niyyətindəyəm".
1596 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 22:08