Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2014

“Ukraynaya faktiki müharibə elan olunub"

Yuliya Timoşenko: “Ukraynaya faktiki müharibə elan olunub, biz onları dayandırmasaq, onlar dayanmayacaq”

“Artıq Rusiya işğalçılarına qarşı ümummilli müqavimətin təşkilinin vaxtı çatıb”

“Hörmətli həmvətənlər, bu gün vətənimiz ölümcül təhlükə qarşısında qalıb. Xarici təcavüz səbəbindən Ukrayna öz dövlət müstəqilliyini və suverenliyini itirməyin astanasındadır. Söhbət artıq Ukraynanın daxili işlərinə müdaxilədən deyil, ölkəmizin işğalına cəhddən gedir. Şərqdə ukraynalı separatçılar yox, yaxşı təlim görmüş rusiyalı diversantlar fəaliyyət göstərir. Gəlin, açıq danışaq: faktiki olaraq Ukraynaya müharibə elan olunub”. “Censor.net” saytının verdiyi məlumata görə, bu sözləri hazırda hakimiyyətdə olan “Batkivşina” (Vətən) Partiyasının lideri Yuliya Timoşenko Ukrayna xalqına müraciətində deyib.

Y. Timoşenko qeyd edib ki, son ana qədər böhranın sülh yolu ilə həllinə əmin olub, lakin artıq bu şans itirilib: “Biz onları dayandırmasaq, onlar dayanmayacaq. Bu gün yəqin ki, Ukraynanın 23 illik müstəqillik dövrünün ən ağır günüdür. Artıq qərar qəbul etməyin vaxtı çatıb. Təcavüzkarı barışığa çağırmaq əbəsdir. Ona görə də mən, Ukraynanın ən iri siyasi partiyalarından birinin lideri kimi, Ukrayna Silahlı Qüvvələrini cəlb etməklə qətiyyətli antiterror əməliyyatının keçirilməsini dəstəkləyirəm. Bütün mümkün vasitələrlə, o cümlədən ümumi səfərbərlik keçirməklə rus işğalçılarına qarşı ümummilli müqavimətin təşkilini elan etməyin zamanı yetişib. Biz dünyaya sübut etməliyik ki, özümüzü müdafiə edə bilirik. Onda dünya da bizə kömək edəcək. Mən Qərb dövlətlərinin liderlərini Rusiya dövlətinə qarşı sanksiyaların üçüncü mərhələsini tətbiq etməyə çağırıram. Mən həmçinin dünya liderlərindən öz azadlığı uğrunda mübarizə aparan Ukrayna xalqına hərbi kömək göstərilməsini xahiş edirəm”./apa/
1383 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı