Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2014

Miqrantlar Rusiya ordusunda qulluq etmək istəyirlər

Rusiyadakı miqrantlar ölkə ordusunda qulluq etmək üçün yerli hökumətdən icazə istəyirlər
“Qərbin Rusiyaya qarşı təcavüzkar təzyiqi” Rusiyanın Miqrantlar Federasiyasını çox narahat edir

Rusiyadakı miqrantlar ölkə ordusunda qulluq etmək üçün yerli hökumətdən icazə istəyirlər. Bu barədə Rusiyanın Miqrantlar Federasiyasının başçısı Məhəmməd Əminin imzaladığı bəyanatda bildirilir. İnterAz-ın Rusiya bürosu xəbər verir ki, Rusiyada yaşayan əcnəbi miqrantlar ölkə hakimiyyətindən xahiş edirlər ki, onlara Rusiya ordusunda qulluq etməyə və ölkənin müdafiəsində iştirak etməyə icazə verilsin. Sənəddə qeyd olunur ki, “Qərbin Rusiyaya qarşı təcavüzkar təzyiqi” Rusiyanın Miqrantlar Federasiyasını çox narahat edir. Əsgər olub bu təzyiqə necə davam gətirə bilməyin mümkünlüyü barədə sənəddə heç bir şey deyilmir.

“Biz artıq ətrafımızda baş verənləri sadəcə müşahidə edən ola bilmərik” - deyə bəyanatda bildirilir və müxtəlif millətlər və konfessiyalara müraciət olunaraq onların ümumi müdafiə məqsədilə həmrəy olmasının vacibliyi vurğulanır. Miqrantlar əlində silah Rusiyanı konkret kimdən qoruyacaqları barədə də sənəddə heç bir şey yazılmayıb.

Rusiya Müdafiə Nazirliyinin saytında qeyd olunur ki, 18 yaşından cavan və 30 yaşından yuxarı olmayan xarici vətəndaşlar Rusiya ordusunda kontrakt əsasında qulluq edə bilər – rus dilini bildiyini və Rusiyada qanuni şəkildə olduğunu təsdiq edən sənədləri təqdim etdikdən sonra. Lakin xarici vətəndaşlar hərbi çağırışa cəlb oluna bilməzlər – bu yalnız Rusiya pasportu alan əcnəbilərə şamil olunur.

“ХХI əsrin miqrasiyası” Fondunun prezidenti, Federal Miqrasiya Xidməti direktorunun sabiq müavini Vyaçeslav Postavnin bildirib ki, Rusiyaya köçənlərə kontrakt əsasında qulluq etmək icazəsi verilməlidir və onlar üçün Rusiya vətəndaşlığını almaq prosedurunu sadələşdirmək lazımdır.

Xatırladaq ki, “Hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərə əsasən Rusiya vətəndaşlığını almış xarici vətəndaş öz ölkəsində qulluq edib-etməməyindən asılı olmayaraq Rusiya ordusuna çağırılmalı və qulluq etməlidir. İstisnalar yalnız Tacikistan və Türkmənistan üçün edilib, çünki Rusiyanın bu ölkələrlə müvafiq beynəlxalq müqavilələri mövcuddur.

Belə ki, 2013-cü ildə Rusiya ordusunun sıralarına minə yaxın miqrant əsgər qatılıb.
1296 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi