Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2014

Suriyada hökümət ordusu əl-Məlula və əs-Sərxə rayonlarını ələ keçirib

Hökümət ordusu Livanla sərhəddə yerləşən əl-Qələmun yüksəkliklərində irəliləyib

Hökümət ordusu Livanla sərhəddə yerləşən əl-Qələmun yüksəkliklərində irəliləyib. İnterAz-ın əl-Məyadinə istinadla verdiyi xəbərə görə, hökümət ordusu Dəməşqətrafı əyalətdə apardığı əməliyyatlar çərçivəsində radikal silahlıların nəzarətində olan daha iki bölgəni əl-Məlula və əs-Sərxəni ələ keçirib. Hökümət mənbələri əl-Məluladakı kilsələrin böyük əksəriyyətinin silahlıların basqını nəticəsində ciddi zərər çəkdiyi və daxildəki əşyaların qarət edildiyini bəyan edib. Hazırda ordu rayonun müxtəlif bölgələrində quraşdırılan bombaları zərərsizləşdirməkdədir.

Suriya müxalifəti mənbələri də əl-Məlulanın hakimiyyət ordusu tərəfindən tutulduğunu təsdiqləyiblər.

Bildirək ki, Dəşəmqətrafı əyalətdə yerləşən əl-Məlula rayonu xristian dininin tarixi baxımından mühüm əhəmiyyət kəsb edir.
1317 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu