Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2014

Hacı Zülfüqar Mikayılzadə 2 min manat cərimə olundu

Bu gün ilahiyyatçı Hacı Zülfüqar Mikayılzadənin məhkəməsi keçirilib

Hacı Zülfüqar Mikayılzadənin vəkili Rüstəm Zülfüqarovun İslamazeri.az-a verdiyi məlumata görə, Yasamal rayon məhkəməsi ilahiyyatçını İnzibati Xətalar Məcəlləsinin 299.0.1 və 299.0.2-ci maddələri ilə təqsirli bilərək, iki min manat məbləğində cərimə edilməsinə qərar verib.

Vəkil məhkəmə qərarının tam qərəzli olduğunu bildirib. O, deyib ki, maddələrə əsasən 1500 manatdan 2000 manata qədər cərimə göstərilmişdi. Lakin məhkəmə tutarlı dəlillər olmadan cərimənin ən ağırını tətbiq etdi.

Vəkil hesab edir ki, qərar qanunsuzdur və buna görə də yuxarı instansiyalara şikayət edə bilərlər.

Xatırladaq ki, aprel ayının 12-i ilahiyyatçı Hacı Zülfüqar Mikayılzadə, sürücüsü Sərvər və jurnalist Ramik Cəfərzadə 10 saata yaxın polis bölməsində saxlanılıb. Onların saxlanılmasına səbəb kimi, yaşayış sahəsindən ofis kimi istifadə edilməsi və qonşuların buna görə şikayət etməsi, DQİDK-dən icazəsiz dini dərslər keçməsi göstərilmişdi.
1393 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP