Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2014

Kiyevdə etirazçılar Turçinovun və Avakovun istefasını tələb ediblər

Ukrayna Ali Radasının qarşısında bir neçə yüz nəfərin iştirakı ilə piket bas tutub.

İTAR-TASS agentliyinin verdiyi məlumata görə, etirazçılar Ali Rada tərəfindən təyin edilən Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov və daxili işlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakovun istefasını tələb ediblər.

Etiraz aksiyasının iştirakçıları hakimiyyəti ölkənin şərqindəki yaranan vəziyyətə görə fəaliyyətsizlikdə günahlandırıblar.

Piketin aprelin 15-də, səhər saatlarından etibarən davam edəcəyi bildirilir. Bundan əvvəl etirazçılar İstiqlaliyyət meydanında da piket keçiriblər./apa/
1203 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi