Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2014

Cəbhəçi gənclər böyük kampaniyaya başladı

AXCP Gənclər Komitəsinin təşəbbüsü ilə aprelin 14-də Facebook və Twitter sosial şəbəkələrində Azərbaycanda siyasi məhbuslara azadlıq tələbilə kampaniya başlayıb. Kampaniya #azadet və #freedom haştaqları ilə siyasi məhbuslar barədə qeydlərin paylaşılmasından ibarətdir.

Saat 20:00-da start verilən kampaniyaya qısa zamanda xeyli sosial şəbəkə istifadəçisi qoşulub və deyilən haştaqlarla saysız-hesabsız qeydlər yazılıb. #azadet sürətlə həm Facebook-da, həm də Twitter-də trendə çevrilib.

AXCP sədrinin müavini Əbülfəz Qurbanlı deyir ki, yaratdıqları haştaqlarla edilən müraciətlər bütün beynəlxalq ictimaiyyətə göndəriləcək. "Biz siyasi məhbus kimi NİDA gənclər təşkilatının üzvlərini, siyasətçilər Tofiq Yaqublu və İlqar Məmmədovu, QHT rəhbəri Anar Məmmədlini, dini hüquqları uğrunda fəallıq etdikləri üçün həbs olunanları tanıyırıq. Başlatdığımız kampaniya da bütün siyasi məhbusların müdafiəsi və azadlığa buraxılmalarının tələb edilməsi üçündür", - deyə Qurbanlı qeyd edib.

AXCP GK kampaniyanı təkcə sosial şəbəkələrlə məhdudlaşdırmaq niyyətində deyillər. Komitədən azadliq.info-ya verilən məlumata görə, siyasi məhbusların müdafiəsi naminə və onlara azadlıq tələb etmək üçün başqa tədbirlər də planlaşdırırlar. Bu tədbirlərin sırasında ölkə ictimaiyyətinin geniş dəyirmi masasını təşkil etmək də var.

Komitədən bildiriblər ki, tədbirlər barədə vaxtı gəldikcə əlavə məlumatlar veriləcək./azadlıq/
1335 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber