Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2014

“Rusiya hərbi təyyarəsi Qara Dənizdə təxribat törədib”

Pentaqon: “Rusiya hərbi təyyarəsi Qara Dənizdə təxribat törədib”

Rusiyaya məxsus Su-24 tipli hərbi təyyarə aprelin 12-də Qara dəniz hövzəsinə daxil olan ABŞ esminetsi “Donald Kuk”a qarşı təxribat törədib.

“Gazeta.ru”-nun verdiyi məlumata görə, bunu Pentaqonun mətbuat katibi Stiv Uorren bəyan edib.

Onun sözlərinə görə, bombardmançı təyyarə gəminin bilavasitə yaxınlığından 12 dəfə uçub keçib. Hazırda esminets Rumıniyanın Konstansa limanındadır.

“Rusiya hərbçilərinin təxribat xarakterli hərəkətləri ölkələrimiz arasında qüvvədə olan razılaşmaları kobudcasına pozur”, - deyə Uorren bildirib.

Rusiya müdafiə nazirliyi faktla bağlı şərh verməyib.
1137 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı