Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2014

“Hakimiyyət xalqın yarısını yarımcan hala salıb”

“Buna səbəb hakimiyyətin özünün xəstə olmasıdır”
Bugünlərdə ölkədəki mövcud sosial duruma toxunan ölkə başçısı İlham Əliyev iki ayda dörd milyon insanın tibbi müayinədən keçməsi faktını dilə gətirərək bunu sosial inkişafa doğru atılan ciddi addım kimi dəyərləndirib.
Bununla bağlı açıqlama verən Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şura üzvü Eldəniz Quliyev isə hesab edir ki, məlum statistikanın özü ölkə sosial həyatındakı acınacaqlı durumun rəqəmlərlə ifadəsidir:
“Qeyd olunan bu faktın özü də göstərir ki, ölkədə əhalinin sosial durumu olduqca kritik və faciəvidir. Mövcud hakimiyyət xalqın təxminən yarısını yarımcan hala salıb və onları intensiv tibbi yardımdan asılı vəziyyətə gətirib. Korrupsiya, yalan və dərəbəyliyin hökm sürdüyü hakimiyyətin özü xəstədir və təbii haldır ki, belə hakimiyyətin rəhbərliyi altında ömür çürüdən əhali də müxtəlif mərəzlərə düçar olmalıdır”./politika/
1426 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber