Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2014

Bakıda 130 ailə təhlükə altında qaldı

Mərdəkanda məcburi köçkünlərin məskunlaşdığı binanın I mərtəbəsinin döşəməsi çöküb

Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsində energetika pansionat kimi tanınan, məcburi köçkünlərin məskunlaşdığı binanın I mərtəbəsinin döşəməsi çöküb. Hadisə ötən gün axşam saatlarında baş verib. Bina sakini olan 1 azyaşlı xəsarət alıb. Hazırda uşaq xəstəxanadadır.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Bina qəzalı vəziyyətdə olduğundan sakinlərin müvəqqəti olaraq köçürülməsi nəzərdə tutulub.

Hadisə yerinə gələn Xəzər rayon İcra Hakimiyyətnin nümayəndələri bildiriblər ki, binanın qəzalı vəziyyətdə olnması ilə əlaqədar dəfələrlə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə məlumat verilib.

Xəzər rayon fövqəladə hallar komissiyasının sədri Vaqif Həsənov bildirib ki, hadisə ilə əlaqədar komissiya yaradılacaq.

Təki deyilənlər özünü doğrultsun və 130 ailənin məskunlaşdığı bu binada daha 1 neçə nəfərin həyatı təhlükə altına düşmədən məsələ öz həllini tapsın. Çünki binanın hər an bütövlükdə uçmasını heç kim istisna edə bilməz.
1447 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı