Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2014

Ağdamın yarısından talanan milyonlar

Ağdam Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Teyyub Nəcəfovla bağlı olduqca maraqlı məlumatlar üzə çıxıb. Su və Meliorasiya ASC-nin işçisi olan sözügedən şəxs bölgənin ən varlıları sırasına daxil olub.

Dövlət büdcəsindən ayrılan pulları təyinatı üzrə xərcləmədiyi deyilən idarə rəisinin, həmçinin qazandığı pulları özünə və dostlarına sərf etdiyi də vurğulanır. T.Nəcəfov bir müddət əvvəl yaxın dostu, Kapital Bankın Ağdam filialının müdiri Şəhriyar Mehdiyevin oğluna ad günü münasibəti ilə 70 min manatlıq maşın hədiyyə edib. Hərçənd filial müdiri həmin maşina 1 ay sonra sataraq, pula çevirib.

Amma Ağdam Subartezian Quyularının İstismarı İdarəsinin rəisi özünü və oğlunu da yaddan çıxarmayıb. Belə ki, onun oğluna bu yaxınlarda 160 min manata «Porşe» markalı avtomobil aldığı vurğulanır. Həmçinin Teyyub Nəcəfovun ötən il Almaniyada müalicə aldığı və bu məqsədlə isə 100 min manat xərclədiyi bildirilir./jam.az/
1358 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi