Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2014

Qeyri adi uşaq dünyaya göz açdı -Foto

Qeyri adi uşaq dünyaya göz açdı Çinin Qaundun vilayətindəki Hueyçjou şəhərində qəribə uşaq doğulub. Körpənin 4 qolu və 4 ayağı var.

Demokratiya.info Yangcheng Evening News-a istinadən bildirir ki, Heyçjou şəhər hospitalından verilən məlumata görə, ana bətnində parazit əkizinin bədəninə birləşməsi nəticəsində qolları və ayaqlarının sayı normadan iki dəfə artıq olan uşağın sağlıq durumu indi nisbətən normaldır.

Çəkisi təqribən 3 kq olan uşağın əlavə ayaqlar və qollardan qurtulması üçün cərrahiyyə əməliyyatı hazırlanır.

Əməliyyat bu gün keçirilməlidir.

Quançjou Ana və Uşaq Səhiyyəsi Mərkəzinin baş cərrahı Yu Çjiahanın dediyinə görə, bu uşağın anasının bətnində əkizlər olub: "Əkiz qardaşlardan birinin inkişafı dayanıb və o, digər qardaşın vücudunun parazit əlavəsinə çevrilib. İndi problemi həll etməyə hazırlaşırıq. Hər şey yaxşı olacaq".

Qeyri  adi uşaq dünyaya göz açdı
1622 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP