Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2014

Ukrayna ordusu hərəkətə keçdi

Ukrayna Silahlı Qüvvələrinə məxsus tank və BTR-lər Ukraynanın şərqinə doğru hərəkətə başlayıb

Ukrayna Silahlı Qüvvələrinə məxsus ağır hərbi texnikalar Donetsk vilayətinin Slavyansk şəhərinə yaxınlaşır. Bu barədə Slavyansk şəhər özünümüdafiə batalyonunun komandiri Vyaçeslav Ponomaryov bəyan edib.

Onun sözlərinə görə, Ukraynanın ağır hərbi texnikaları şəhərə müxtəlif istiqamətlərdən yaxınlaşır.

“Biz qan tökülməsini istəmirik. Hər şey danışıqlar yolu ilə həll edilməlidir”, deyə Vyaçeslav Ponomaryov bildirib.

V.Ponomaryov qeyd edib ki, Slavyansk şəhərinin hüquq-mühafizə orqanlarına gücləndirilmiş iş rejimində çalışmaq barədə tapşırıq verilib.

Bundan başqa Rusiya mətbuatı şahidlərin sözlərinə istinadən yazır ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus tank və BTR-lər Donetsk vilayətinin Kramatorska şəhəri istiqamətində hərəkət edir.

“Hərbi texnika Kramatorska şəhəri yaxınlığındakı parkda yerləşdiriliblər. Həmin parkın yaxınlığından Dnepropetrovsk şəhərinə yol gedir. Tank və BTR-lər bu yolla Kramatorska yaxınlaşır”, deyə yerli sakinlər bildirib./ans/
1404 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı