Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2014

Elnur Aslanov MTN-də dindirildi

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilən Elnur Aslanov Milli Təhlükəsizlik Nazirliyində altı saat ərzində dindirilib.

Bu barədə məlumat verən mənbənin sözlərinə görə, dindirilmə zamanı E.Aslanov nurçu-fətullahçı şəbəkəsi ilə bağlı bütün bilgilərini bölüşüb. Mənbənin məlumatlarına görə, bundan sonra E.Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Məlumata görə, E.Aslanovun verdiyi məlumatların nəticəsi olaraq bir çox Türkiyə təhsilli və son zamanlar hakimiyyət pillələrində sürətlə addımlayan gənclərlə bağlı araşdırmalara başlanıb.

Bunlardan biri də Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 30 yaşlı müavini, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevdir. Belə ki, N.Həmzəyev də Türkiyə təhsilli sayıla bilər. O, 2009 - 2011-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində həyata keçirilən “Elektron Universitet” layihəsinə uyğun olaraq Türkiyə Respublikasının Atatürk, İstanbul və Fırat universitetlərində, həmçinin Tubitak Ulakbim təşkilatında “İT meneceri” üzrə ixtisasartırma kursları keçib. 2012-ci il 24 yanvar tarixində Türkiyə Respublikası Fırat Universiteti Sosial Elmlər İnstitutunun tarix bölməsində doktorantura pilləsinə qəbul olunub.

Mənbə, analoji araşdırmaların digər gənc kadırları da əhatə etdiyini və yaxın günlərdə nəticə ilə bağlı xəbərlərin yayılacağını vurğulayıb./bizimyol/
1140 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber