Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2014

Bakıda məcburi köçkünlər aksiya keçirir

Bakıda məcburi köçkünlər Dövlət Komitəsinin qarşısında aksiya keçirir

Bir qrup məcburi köçkün bu gün səhər saatlarından Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binası qarşısında aksiya keçirir.

Məcburi köçkünlər öncə binanın qarşısından keçən Tbilisi prospektini bağlayıblar. Polisin müdaxiləsindən sonra yol açılıb, avtomobillərin hərəkəti bərpa olunub.

Hazırda aksiyaçılar Dövlət Komitəsinin binası qarşısında toplaşıblar. Onlara komitə rəsmiləri tərəfindən qəbul olunacaqları bildirilib.

Aksiya keçirən şəxslər vaxtilə Binəqədi rayonunun 9-cu mikrorayonu ərazisində yanğın baş vermiş çoxmərtəbəli binada məskunlaşan Ağdam, Xocalı, Kəlbəcər, Xocavənd rayonundan olan məcburi köçkünlərdir. Onlar sonradan Mehdiabad qəsəbəsindəki məcburi köçkün şəhərciyində yerləşdirilsələr də, yaşayış yerlərində sıxlıqla bağlı narazılıqlarını bildiriblər.

Aksiyaçıların bir qismi isə hələ də onlara yer ayrılmadığını deyiblər./apa/
1387 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı