Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2014

Ayətullah Sistaninin nümayəndəlik bürosuna hücum edilib

Bəhreyndə ayətullah Sistaninin nümayəndəlik bürosuna hücum edilib. Bəhreyn İnsan Haqları Mərkəzi Ali-Xəlifə rejiminin hüquq-mühafizə orqanlarının İraqda yaşayan mərcəi-təqlid Ayətullah Sistaninin Bəhreyndəki nümayəndəliyinə hücum təşkil etdiklərini açıqlayıb, - İRİB.

"Əl-Aləm" xəbər kanalının bildirdiyinə görə, Bəhreyn İnsan Haqqları Təşkilatının dini azadlıqlar şöbəsi bildirir ki, xəlifə rejiminin qüvvələri büroda olan iki İslam alimini həbs ediblər.
Xəbər mənbələri həbs edilən alimlərin saatlarla təzyiq və müxtəlif təhqirlərə məruz qalaraq ifadələrinin alındığını ifadə edir.

Bəhreyn İnsan Haqqları Mərkəzi beynəlxalq qurumlardan və dini qurumlardan ayətullah Sistaninin bürosuna təşkil edilən hücumu qınamalarını, həmçinin diktator rejimin Bəhreyndəki Əhli-beyt (ə) yolçularına qarşı hücum və təhqirlərini dayandırmaları üçün təzyiqlər edilməsini istəyir./deyerler/
1110 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber