Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2014

Fətullah Gülən örgütünün pul trafiki açıqlandı

Professor Əhməd Keleş Fətullah Gülən camaatının yardım şərtlərini açıqlayıb. Keleşin sözlərinə görə, ən aşağı məmur maaşının 10 faizi yardım kimi alınırmış. Əmək haqqı yüksəldikcə yardım faizi də artırmış. Onun iddiasına görə, toplanan pulların 15 faizi Gülənə gedərkən kiçik bir məbləğ hədiyyə üçün istifadə edilirdi. Qeyd edək ki, camaatın içərisində 25 il xidmət göstərən Əhməd Keleş Fətullah Gülənin sağ qolu hesab olunub. Onun sözlərinə görə, camaat tərəfindən biri hər hansı bir işə yerləşdirilirsə, hər ay maaşlarının 10 faizi kəsilirdi: “Bu kəsilmənin qətiyyən bir üst limiti yoxdur. Maddi gəlir üzərindən alınan bu məxrəc bəzən kəslərin istəklərinə, bəzən mahal və el böyük qardaşlarının istəklərinə uyğun dəyişər və camaat buna da yardım adını verib. 10 faiz yalnız dövlət içindəki aşağı ranqlı məmurlar üçün etibarlıdır. Rütbə və mövqeyi artdıqca bu nisbət də yüksəlir”.

Əhməd Keleş deyib ki, xüsusi sektordan gəlir kəsilmələri çek və sənəd formasında edilir: “Xüsusilə sənayeçilər, iş adamları bir yerdə toplaşalar, artıq kimi nə qədər inandırsalar o qədər çox alarlar. Kimisi gəlirinin yarısını, kimisi gəlirinin 3/2-ni bağışlayar. Xüsusi sektordan toplanan pullar digər alınan hədiyyələrdən daha qiymətlidir. Kimisi gəlirinin yarısını, kimisi gəlirinin 3/2-ni bağışlayar. Bu kəslər üçün hər hansı bir məhdudlaşdırma yoxdur. Xüsusi sektorda isə ayrıca təqaüd və ramazan yardımları toplanar. Bu yardımların çox az hissəsi həqiqətən təqaüd olaraq gedər. Çox ciddi payları fərqli yerlərə göndərirlər. Onsuz da toplanan pulların hamısının 15 faizi müəllimə gedər. Qalanı isə üst mexanizmdə qənaət edilərək xarici lobbilərə və təşkilatlara gedər, xarici təşkilatlara nağd pul axışı təmin edilər”. Əhməd Keleş iddia edir ki, camaat yardım adı altında rəsmi təşkilat və məmurlardan yığdığı pulları dirək olaraq əldən alınar: “Camaat üçün yardımların əhəmiyyəti imtina edilə bilməyəcək qədər çox böyükdür. Məmurlar içərisində pul bağışlamayan, ya da vermək istəməyən olsa o kəslərə qarşı çox ciddi tədbir görərlər və zaman içərisində təmizləyərlər. Belə demək olarsa, vermək istəməyənləri ölməkdən betər hala gətirərlər. Onları ədəb və həya ilə açıqlana bilməyəcək şeylərlə şantaj edərlər”.
1275 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:19
ABŞ-da polis ərəb təl