Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2014

Şeyxə ağır ittiham

Bu gün Azərbaycanın əksər aparıcı media orqanlarının elektron ünvanına Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin vəhhabiliyi qəbul etməsi ilə bağlı məlumatlar daxil olub. Lent.az-ın da ünvanına daxil olan məlumatda da Şeyxin oğlunun vəhhabi təriqətinə qoşulduğu qeyd edilib. İddia olunur ki, A. Paşazadənin oğlu sünni inanclı, türk iş adamı Əli bəyin (söhbət iş adamı Ali Evsendən gedir-red) qızı ilə ailə qurduqdan sonra iş adamının Misirin Əl-Əzhər Universitetində təhsil almış qohumu vasitəsilə əvvəlcə “İxvan” təşkilatına qoşulub. Daha sonra isə Şeyxin yaxın dostu, deputat Hacı Madər Musayevin oğlunun vasitəsi ilə isə vəhhabilərə qoşularaq şiəlikdən imtina edib.

Göndərilən elektron məktubda Şeyxin buna qarşı çıxdığı, hətta oğlunu yolundan döndərmək üçün mübarizə apardığı, onu şiəliyin tanınmış şəxsləri ilə görüşdürdüyü də qeyd olunub. Xatırladaq ki, bu yaxınlarda A. Paşazadə radikal dini təriqətləri tənqid edib, dindarları bu təriqətlərə inanmamağa, cəmiyyəti onlarla mübarizəyə çağırıb. QMİ-dən Lent.az-ın sorğusuna cavab olaraq məsələ ilə bağlı Şeyxin adından cavab verilib: “Əsassız, kimlərinsə fantaziyasının məhsullarına heç bir şərh olmayacaq. Bunu QMİ-nin dini mərkəz olaraq bəzi təriqətlərin ölkəmizdə radikal təbliğatına münasibətdə nümayiş etdirdiyi birmənalı mövqedən sonra idarənin ünvanına yönəlik qərəzli kampaniyanın davamı kimi dəyərləndiririk.”
1461 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber