Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2014

Benzinə inhisarçı qiymət

Ölkəyə benzini müxtəlif şirkətlər gətirsə də, qiymət eynidir

Aprelin 3-dən yanacaqdoldurma məntəqələri (YDM) yüksək oktanlı benzini bahalandırıb. AI-95 80 qəpikdən 93 qəpiyə qaldırılıb, AI-98 isə 1,5 manatdan 1,03 manata düşüb (Sonuncu premium sinif avtomobillər üçündür. 2013-cü ildə cəmi 3 sistern AI-98 idxal edilib). Tarif Şurasından “Turan”a bildiriblər ki, Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarı iləÿ(http://www.tariffcouncil.gov.az/?/az/content/109) bu marka benzinlərin adı qiyməti dövlət tərəfindən tənzimlənən mallar siyahısından çıxarılıb. Qərar 27 martda qüvvəyə minib,- deyə Şurada bildiriblər.

2 apreldən Tarif Şurası AI-95-ə fiksə edilmiş qiymət qaydalarının dəyişdirilməsi (əvvəl 80 qəpik idi) barədə qərar verdi. Səbəb istehsal həcminin az olması (10%) və idxal gömrük rüsumunun 15%-dən sıfıra endirilməsidir. AI-95-in 1 tonu üçün aksiz 250 dollardan 100 dollara, AI-98 üçün 250 dollardan 150 dollara endirilib, deyə təşkilatdan bildiriblər.

Ekspertlər görə, bu, hökumət qərarları qanuna ziddir. Konstitusiyanın 50-ci maddəsinə və “Informasiya əldə edilməsi haqqında” qanuna əsasən, vətəndaşlar azad, maneəsiz və bərabər şəkildə informasiya almalıdırlar. Amma hökumət əhalini öncədən xəbərdar etmədi və qərarlar barədə tutarlı dəlil gətirmədi. Hökumət AI-95-in yanacaq bazarında payınınÿ10% olduğunu bildirir. Bu, 120 min avtomobil deməkdir.

Ikinci məsələ inhisarçılıqla bağlıdır. Ölkədə neft hasilatı YSM istehsalında ARDNŞ inhisarçıdır. 2013-cü ildə istehlak edilən 1,3 mln ton benzini ARDNŞ-in Neft Emalı Zavodları (NEZ) istehsal edib. Bu il şirkət benzin istehsalını 1,4 mln ton planlaşdırıb. Bu, ildə bir maşına 1 ton edir. Yəni şirkət inhisarçıdır və qiymət diktə edir.

“Turan”ın müşahidəsinə görə, qiymət artımı inhisarçılıqla müşayiət edilir. Azərbaycanda YDM-i olan onlarla şirkət var:ÿSOCAR Petroleum, AzPetrol, ABU Petrol, Lukoil.ÿMəntiqlə tədarük həcmi və marketinq siyasətindən asılı olaraq onların gətirdiyi yanacağın qiyməti fərqli olmalıdır. Amma bunlarda yanacağın qiyməti eynidir..

Bu, inhisarçılıqdırmı? Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Vəli Məmmədov “Turan”a deyib ki, bu bizneslə məşğul olanlara müvafiq məktub göndərilib. “Amma qiymətin dəyişməsini tələb edə bilmərik, onlar müstəqil təsərrüfat subyektləridir”,- deyə o, əlavə edib. Qəribədir, - hər həftə xidmətin əməkdaşları ərzaq və qeyri-ərzaq mağazalarında reydlər keçirir, qiymət yanlışını düzəldir, ancaq YDM-lərə girə bilmir. Demək olmaz ki, bütün YDM rəhbərləri hökumətdə işləyir, onlar sadəcə, bir mərkəzdən idarə edilir.

Ölkənin antiinhisar qanunvericiliyi Konstitusiya, “Antiinhisar fəaliyyəti haqqında”, “Təbii inhisarlar haqqında” və “Ədalətsiz rəqabət haqqında” qanunlardan ibarətdir. Hələ ki Rəqabət Məcəlləsi yoxdur. “Antiinhisar fəaliyyəti haqqında”, qanunun 6-cı maddəsinə əsasən,ÿ(http://www.tariff.gov.az/?/ru/content/60), təbii incisarlarda idarə edilən qiymətlər tətbiq edilir. Hökumət bu maddəni pozur. Əsas yanacaq istehsalçısı ARDNŞ YSM-a qiymətləri tənzimləyir. Iki çıxış yolu var - ya bir neçə müstəqil istehsalçı olmalı, ya da ARDNŞ satış şəbəkəsindən məhrum edilməlidir. Hələlik ölkədə özəl NEZ-lər yoxdur. ARDNŞ bu və ya digər yolla büdcəyə 60% təmin edəcək. Buna görə vəziyyət dəyişməyəcək, - deyə mütəxəssislər düşünür.

Iqtisadçı Qubad Ibadoğlunun fikrincə, Azərbaycanda benzin çox bahadır. O, Danimarka və Finlandiyadan bir az ucuzdur. Amma o ölkələrdə maaşlar 10 dəfə artıqdır. Azərbaycanda neftin maya dəyəri 15 dollardır, bu ölkələr isə 1 barreli 100 dollara alır. ABŞ-da 1 litr premium benzin 65, ərəb ölkələrində 40, Venesuelada 4 qəpikdir. Yanacağın qiymət siyasəti Azərbaycan dövlətinin öz vətəndaşları ilə şəffaf və sosial ədalətli münasibət qura bilmədiyini göstərir./azadııq/
1645 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı