Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2014

Məhkəmə Berluskonini Qocalar Evinə göndərdi

Milan məhkəməsi İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin barəsində hökm çıxararaq, onu bir illik ictimai işlərə cəlb edib.
Hökmə əsasən, Berluskoni 10 ay yarım ərzində ən azı, həftədə bir dəfə Qocalar Evinə baş çəkib, orada ciddi fiziki problemləri olan şəxslərə yardım göstərməlidir.

Məhkəmə hökmü ilə onun hərəkət azadlığı da məhdudlaşdırılıb. Keçmiş baş nazir bundan sonra yalnız iqamətgahı yerləşən Lombardiya vilayətində hərəkət edə bilər. Bundan başqa, həftənin çərşənbə axşamı və cümə axşamı günlərində Romaya gedib-gələ bilər.
Məhkəmə Berluskoninin ev dustağı edilməsi barədə ittihamçının vəsatətini isə təmin etməyib.

Xatırladaq ki, 77 yaşlı Silvio Berluskoni "Mediaset" şirkətində vergi maxinasiyaları ilə əlaqədar dörd il həbs cəzasına məhkum edilib. Ötən ilin avqustunda İtaliyanın kassasiya məhkəməsi də bu hökmü qüvvədə saxladı. Bununla belə, sabiq hökumət başçısı amnistiyanın təsiri altına düşdü və cəzası yüngülləşdirilərək 1 il azadlıqdan məhrumetmə ilə əvəzləndi. Bundan sonra məhkəmə onun yaşını nəzərə alaraq, həbs cəzası ictimai işlərlə əvəzlənib.
1468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...