Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2014

Rəis müavini sürücünü döyüb, xəstəxanalıq etdi

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini Rəşadət Babayev sürücüyə qarşı xuliqanlıq edib
Hadisə aprelin 12-də, saat 14:00 radələrində paytaxtın Nizami rayonu 8 km qəsəbəsi ərazisində, Babək prospektində baş verib. O, heç bir səbəb olmadan paytaxt sakini Natiq Telman oğlu Əhmədovu vətəndaşların gözü qarşısında küçə söyüşləri ilə təhqir edib, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşın şəxsi avtomobilini müsadirə etdirək cərimə meydançasına apartdırıb. Rəis müavini vətəndaşı sürüyərək çıxarıb və onun paltarını cırıb. Zərərçəkən Natiq Əhmədovun məsələ ilə bağlı ölkə prezidentinə müraciət edib.
Müraciətdə deyilir: “12 aprel 2014-cü il tarixdə saat 14:00 radələrində qızıma cehizlik malları almaq üçün öz şəxsi avtomobilimlə (dövlət nömrə nişanı Az-99-DT-511) evdən çıxdım. Əvvəlcə dostumu yaşadığım Nizami rayonu ərazisində yerləşən Babək prospekti-656-da (“Sərin” Şadlıq Sarayının arxa küçəsi) “Astoriya” restoranının fitnes-idman zalından götürmək üçün oraya getdim. “Astoriya” restoranının yanına çatanda avtomobilimi park etmək üçün yer axtardım. Restoranın qarşısında avtomobilimi dayandırıb xəbərdarlıq işıqlarını yandırdım ki, dostumu götürüm… Lazımsa, maşını park edim. Bu zaman restoranın qarşısında dayanmış ağ köynəkli bir nəfər maşınıma tərəf cumdu, yaxınlaşaraq maşınımın açıq pəncərəsindən başını salona soxaraq qışqırmağa başladı, dilə gəlməz söyüşlər. Sonra pencəyimin yaxasından tutaraq məni zorla maşından çıxartdı. Bu zaman pencəyimin yaxası cırıldı. Bu zaman arxadan dövlət nömrə nişanı 10-YP-302 olan “BMW” markalı maşından bir nəfər yol polisi işçisi düşərək məni rüsvay edərək söyən həmin şəxsə yaxınlaşdı. Məni təhqir edən həmin şəxs məndən qanunsuz olaraq müsadirə etdiyi açarları ona verib dedi ki, bu maşını apar cərimə meydançasına. Özü isə yuxarıda qeyd etdiyim xidməti avtomobilə minib mənim üstümə sürdü. Bu zaman mən özümü maşının altına düşməkdən güclə xilas etdim. Maşınımda isə mənim şəxsi əşyalarım, həmçinin qızıma cehiz almaq üçün evdən götürdüyüm 1700 manat pul da var idi. Oradakı hadisə şahidlərindən öyrəndim ki, məni təhqir edən və maşınımı qanunsuz olaraq müsadirə edən şəxs Bakı şəhər DYP rəsinin müavini Rəşadət Babayevdir. Halım pisləşdiyindən nə etmək lazım olduğunu bilmirdim. Ətrafdakılar da şokda idilər. Mən dərhal DİN-nin 102 xidmətinə zəng etdim, baş verənlər barədə məlumat verdim. Nəhayət, özümü pis hiss etdiyimdən taksi saxlayaraq evə getdim, təcili yardım çağırtdırdım”./aznews/
1394 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11