Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2014

Sədərəkdə müəllimlər aksiya keçirdi

“Aprelin 14-də Sədərək rayon 1 nömrəli məktəbin müəllimləri dərsləri boykot ediblər”.

Bu sözləri adının çəkilməsini istəməyən müəllimlər bildirdilər. Aksiyaya səbəb məktəbdəki 3-cü direktor dəyişikliyidir: “Neçənci dəfədir ki, məktəbdə direktor dəyişilir. Bir il içində məktəbdə artıq üçüncü direktor dəyişikliyidir. Sədərək rayon təhsil şöbəsinin müdiri Nazim Quliyevin birbaşa istəyi ilə Gülnarə xanım məktəbimizə direktor təyin olunub. Məktəbimizdə kifayət qədər pedaqoq olduğu halda nəyə görə 100 km kənardan direktor gətirilməlidir?”

Müəllimlər bildirib ki, boykot aksiyasına hüquq mühafizə orqanlarının təzyiqi olub. Buna baxmayaraq, aksiya hələ də davam edir./axar/
1361 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber