Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2014

Türkiyə: "İranla qarşılıqlı əlaqələri genişləndirmək istəyirik"

Türkiyənin inkişaf naziri Cövdət Yılmaz İran ilə turizmdən neft-kimyaya qədər, həmçinin digər sahələrdə sərmayə qoyuluşlarına qədər müxtəlif sahələrdə qarşılıqlı addımlar atmaq istədiklərini bildirib, - AA.

Türkiyə - İran Qarışıqlı İqtisadi Komissiyasının (KEKS) yığıncağına qatılmaq üçün İranın paytaxtı Tehrana səfər edən nazir Cövdət Yılmaz İran rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi ilə görüşüb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində reallaşdırılan ikitərəfli görüşdən sonra təşkil edilən KEKS Yığıncağı açılış mərasimində danışan C.Yılmaz açıqlamalar verib. O, təxminən 30 ildir nizamlı şəkildə keçirilən bu yığıncağın iki ölkə arasındakı əlaqələrə verilən mühüm əhəmiyyətin göstəricisi olduğunu bildirib. Nazir çıxışında Türkiyənin İranla daha geniş və bir çox sahələrdə əlaqələr qurmaq istədiyini açıqlayıb./deyerler/
1199 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:31
İŞ